RU

Ermənistanda xüsusi hazırlıq: Azərbaycanlılar belə yoxlanılacaq YENİLİK

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 10-da parlamentdə müxalif “Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyana cavabı maraqla qarşılanıb. Baş nazir ölkəsinin ərazisində suverenlik və yurisdiksiya prinsiplərinin milli, irqi, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər şəkildə şamil edildiyini vurğulayıb.

Bu bəyanat Azərbaycana məxsus avtomobillərin Ermənistanın Sünik vilayətindən (Zəngəzur-red.) keçməklə Naxçıvana gedərkən yoxlanılması ilə bağlı bir sıra sualları gündəmə gətirib. İrəvan hökumətinin mesajlarına əsasən, azərbaycanlıların maneəsiz şəkildə Naxçıvana keçidinin təmin olunması gözlənilsə də, fərqli yanaşmanın tətbiq olunacağına dair fikir səsləndirənlər də var.

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyanın sözləri Ermənistan ictimaiyyəti üçün nəzərdə tutulub:

“Bu açıqlamanın Azərbaycanda böyük maraq doğurduğunu düşünmürəm. Ermənistan Zəngəzur dəhlizinə xüsusi rejim tətbiq etməyə məcburdur və mövzu daxili yurisdiksiya və ya suverenlik prinsipləri ilə bağlı deyil. Əsas məsələ təhlükəsizlikdir, bu faktor suverenlik prinsipindən daha önəmlidir”.

Ə.Əlibəylinin sözlərinə görə, Ermənistanın yurisdiksiyası hər kəsə bərabər tətbiq olunan bir dövlət prinsipi olsa da, bu, Azərbaycan vətəndaşlarına aid edilməyəcək:

“Paşinyanın çıxışının başqa hissəsində daha maraqlı məqamlar var. Bildirilir ki, Ermənistan müasir texnologiyalar və sərhəd keçid mexanizmləri tətbiq etməyə çalışır. Yəni, sərhəddən keçid zamanı texnoloji vasitələrlə insanların pasport məlumatları avtomatik oxunacaq.

Bu məqamda belə bir sual ortaya çıxır: erməni sərhədçiləri müəyyən səbəbdən üzündə dəyişiklik olan şəxslə bağlı hansı addımı atacaq? Bunu isə növbəti mərhələlərdə görəcəyik”.

Əziz Əlibəyli

Siyasi şərhçi hesab edir ki, qeyd olunan mexanizmlər Azərbaycanla razılaşdırılmadan tətbiq edilə bilməz:

“Əgər Ermənistan bu yolu açacaqsa və oradan bizim vətəndaşlarımız keçəcəksə, onların təhlükəsizliyini təmin etmək üçün azərbaycanlı mühafizə qrupunun kommunikasiya xəttində iştirakı vacibdir. Azərbaycan öz vətəndaşlarının mühafizə və təhlükəsizlik təminatı olmadan bu yoldan keçməsinə icazə verməz. Əks halda, Ermənistanın suverenliyinin pozulması və ya buna bənzər iddiaların heç bir hüquqi əsası yoxdur”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
globalinfo.az

1Источники