RU

Gəncə: Şəhid övladlarına dəstək

Yeni tədris ilinin başlanması münasibətilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın birinci sinfə qədəm qoyan övladlarına məktəb ləvazimatları hədiyyə edilib. Bu mənalı təşəbbüs şəhid ailələrinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi olub.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri və birinci sinfə gedən uşaqlar iştirak ediblər.

Görüş Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər şəhid övladlarının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb, onların təhsilə sağlam və dəstəklə başlamalarının əhəmiyyətindən danışıblar. Balacalara yeni dərs ilində uğurlar arzulanıb, onların atalarının qəhrəmanlığı xatırlanaraq gələcək nəsillərə nümunə olduğu qeyd olunub.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri 

Избранный
32
xalqqazeti.az

1Источники