RU

"Çelsi"nin gənc futbolçusu zədələndi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" ciddi itki ilə üzləşib.

Operativ Media xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Dariu Assuqu sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Ayaq əzələsindən zədələnən portuqaliyalı futbolçu əməliyyat olunub. 20 yaşlı dayaq yaarımmüdafiəçisi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

"Çelsi" Dariu Essuqunu mövsümün əvvəlində "Sportinqq"dən 22 milyon avroya transfer edib. Portuqaliya U-21 millisinin üzvü "mavilər"in heyətində 3 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Избранный
26
1
operativmedia.az

2Источники