RU

İsrail HƏMAS-ı Türkiyədə vurmaq istəyib – Şok iddia

İsrail bir müddət öncə Türkiyədə HƏMAS liderlərinə qarşı hücum təşkil etməyi planlaşdırmışdı.

Sitat.info xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti Misir mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Tramp administrasiyasının Qətərlə yaranacaq siyasi böhranı NATO üzvü olan Türkiyə ilə müqayisədə daha asan həll edə biləcəyinə inanaraq əməliyyatı Qətərdə keçirməyi seçib.

Mənbələr Türkiyədə planlaşdırılan əməliyyatın vaxtı ilə bağlı ətraflı məlumat verməyib.

Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hücum edib.

Избранный
16
2
sitat.info

4Источники