1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb.
Oxu.Az qonşu ölkənin KİV-inə istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Sabiq nazirin korrupsiyaya görə saxlanıldığı bildirilib. C.Burçuladze 2021-2024-cü illərdə Gürcüstanın müdafiə naziri və Gürcü Arzusu Partiyasının fəal üzvü olub.
Eyni zamanda, Gürcüstanda hüquq-mühafizə orqanları keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişvilini də həbs edib. Qeyd olunub ki, Levan Xabeişvili oktyabrın 4-də kütləvi etiraz aksiyasına rəhbərlik etməyə hazırlaşırdı.