RU

Parlamentdə ictimai birliklər və dini abidələrlə bağlı dinləmə keçiriləcək

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Milli Məclisdə ictimai birliklərin və dini abidələrin mövcud durumu ilə bağlı ictimai müzakirələr keçiriləcək.Newscenter.az xəbər verir ki, bununla bağlı müvafiq məsələlər parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci il payız sessiyası üzrə iş planına daxil edilib.İş planında həmçinin işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi də yer alıb. Bununla bərabər, İctimai birliklər və dini qurumlar komitəsi payız sessiyasında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, digər dini konfessiyaların (o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının) rəhbərliyi ilə görüş keçirilməsi də nəzərdə tutulub. [b]Mehman Mehdiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
9
newscenter.az

10Источники