RU

Ölkədə ilk: Biznes təhsilinin yeni modeli UNEC-də (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müasir biznestəhsili modeli quruculuğu istiqamətində növbəti addım atıb.

Ölkədə ilk dəfə olaraq, “Synergia Academy”nin təşəbbüsü vədəstəyi ilə Türkiyənin Sabancı Universiteti və UNEC-in birgə həyatakeçirdiyi Mini MBA proqramının açılışı olub.

UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə keçirilənüçtərəfli görüşdə Sabancı Universitetinin prorektoru Prof. Dr. CemGüneri, Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva,digər nümayəndələr, eləcə də proqramın təlimçiləri iştirakediblər.

Görüşdə proqramın məqsədi, hədəfləri və gələcək perspektivlərimüzakirə olunub. Qeyd edilib ki, məqsəd real sektorla birlikdə əməkbazarının tələblərinə uyğun biznes təhsilini təşkil etmək, həmçininxarici universitetin cəlb edilməsi ilə qlobal biliklərin yerlikontekstə uyğunlaşdırılmasıdır. Orta və yüksək rəhbər vəzifələrdəçalışan mütəxəssislər, biznes sahibləri, ümumiyyətlə, biznessahəsində əhatəli bilik əldə etmək istəyən şəxslər üçün nəzərdətutulmuş modul əsaslı Mini MBA proqramının nəzəri bilikləripraktiki tətbiqlə birləşdirəcəyi diqqətə çatdırılıb.

Rektor Ədalət Muradov Mini MBA proqramının ölkədə pilot layihəolduğunu deyərək, biznes təhsili modelinin qurulmasının və rəqabətmühitinin təhsil sahəsinə gətirilməsinin əhəmiyyətini vurğulayıb.Bildirib ki, Mini MBA proqramı beynəlxalq standartlara uyğun bilikvə bacarıqlar təqdim edərək karyera inkişafı üçün əvəzsiz fürsətyaradacaq.

Sabancı Universitetinin prorektoru Prof. Dr. Cem Güneri Mini MBAproqramının Azərbaycanın təhsil və biznes ekosistemi üçün stratejiəhəmiyyət daşıdığını qeyd edib və iştirakçılara qlobal standartlarauyğun, praktiki biliklər təqdim etməyə hazır olduqlarınıbildirib.

Synergia Academy-nin baş icraçı direktoru Rəna Əfəndiyeva isəproqramın ölkədə müasir biznes bacarıqlarına olan ehtiyacıqarşılamaqla yanaşı, universitet təhsili ilə real biznes dünyasıarasında körpü rolunu oynayacağını deyib. O, proqramda 16iştirakçının yer aldığını və təlimçilərin yerli və beynəlxalqtəcrübəyə malik mütəxəssislərdən ibarət olduğunu vurğulayıb.

Ölkədə
Ölkədə
Ölkədə
Ölkədə
Ölkədə
Ölkədə
Избранный
7
9
az.trend.az

10Источники