RU

Nəsimi rayonunda polis hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirdi FOTO/VİDEO

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tədbirlər zamanı axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 8 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və digər qanun pozuntuları ilə əlaqədar 59 fakt aşkarlanıb.

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotik maddələrin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 3 və dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb.

Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən, dəbilqədən istifadə etməyən motosiklet sürücüləri müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. Sərnişin avtobuslarında isə nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi və sürücülərin tibbi müayinəsinin təşkili yoxlanılıb.

Nəsimi rayonunda bu cür neqativ hərəkətlərə yol verən avtobus, moped və motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
11
moderator.az

10Источники