Bakı, 11 sentyabr, AZƏRTAC
Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdulraşid Sadullayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, milli komandanın kapitanı olan güləşçi Şengen vizası ala bilmədiyi üçün mundiala qatılmayacaq. Onu heyətdə Maqomed Kurbanov əvəzləyib.
Dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.