"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş portuqaliyalı futbolçu Xorxe Silva ilə 2 illik müqavilə imzalanıb.
Operativ Media xəbər verir ki, vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.