RU

Latviya Rusiya və Belarusla quru sərhədini bağlaya bilər

Bakı, 11 sentyabr, AZƏRTAC

Latviya Seymi milli təhlükəsizlik komissiyasına ölkənin Belarus və Rusiya ilə sərhədinin tam bağlanmasına dair qərar layihəsini təqdim edib. Səbəb sentyabrın 12-16-da Belarus ərazisində keçiriləcək “Qərb–2025” adlı Rusiya-Belarus hərbi təlimlərinin təşkil olunmasıdır.

AZƏRTAC xəbər verir ki, qərar layihəsinə əsasən sərhədlər təlimlər bitənədək bağlı qalacaq. Layihə “Milli birlik” partiyası tərəfindən hazırlanıb. Fraksiyanın deputatları Latviya Baş naziri Evika Silinyanı sərhədlərin bağlanması barədə qərarı sentyabrın 11-də qəbul etməyə çağırıb.

Избранный
23
2
azertag.az

3Источники