ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Dənizli vilayətində aparılan arxeoloji qazıntılar zamanı qədim Laodikiyada nəhəng Roma məclis zalının qalıqları aşkar edilib. Zalın divarlarında və daşlarında erkən xristian ayinləri ilə bağlı fiqurlar və yazılar üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News” məlumat yayıb.
Laodikiya Bibliyada bir neçə dəfə yad edilir. "Vəhy” kitabında İsa Məsih həvari Yəhya ilə danışaraq şəhəri Asiyadakı yeddi kilsədən biri kimi göstərir. Şəhər həmçinin "Koloslulara məktub”da da erkən xristian icması kimi xatırlanır.
Qazıntı fotolarında daşlara həkk olunmuş xaç işarəsi və "ΧΡ” (Xiro) monoqramı – yunan dilində "Məsih” sözünün ilk iki hərfi görünür. Qazıntılar zamanı həmçinin yunan yazıları, Roma imperatoru Trayanın başsız heykəli və qədim teatrın qalıqları üzə çıxıb.
Mütəxəssislər binanın təxminən 2050 il yaşı olduğunu bildirirlər. Xristian qravürlərinin dəqiq dövrü isə hələ məlum deyil. Alimlərin fikrincə, bu tikili Laodikiyanın əsas siyasi və məhkəmə mərkəzi olub. Onun beşbucaqlı xarici divarları və altıbucaqlı plan quruluşu Anadoluda özünəməxsus ilk nümunələrdən sayıla bilər.
Tarixi mənbələrə görə, e.ə. I əsrin sonunda zalda təxminən 800 nəfər toplaşa bilirdi və oturacaqlarda şəhər sakinlərinin, ağsaqqalların və gənclərin adları həkk olunmuşdu.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.