RU

Bu ölkəyə hücum olacaq, Rusiya NATO müharibəsi başlayacaq… SENSASİON DETALLAR KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın PUA-lar vasitəsilə Polşanın hava məkanını pozması beynəlxalq arenada ciddi rezonans doğurub. Bəs, Polşanın hava məkanını pozan PUA-ların məhv edilməsi NATO–Rusiya qarşıdurmasının yeni gərginlik mərhələsinə işarə sayıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bu hadisə Moskvanın Avropanın təhlükəsizliyinə qarşı davamlı təhdidlərinin bir nümunəsidir:

“Rusiyanın Polşanın hava məkanına hücumu onu göstərir ki, rəsmi Moskva Avropanın təhlükəsizliyinə xələl gətirməkdə davam edəcək. NATO daxilində çaxnaşma yaratmaq istəyir. Çünki NATO-nun ən böyük qüvvələri məhz Polşa ərazisində yerləşir. Polşa hökuməti dəfələrlə NATO-dan ölkə ərazisinin əlavə şəkildə gücləndirilməsini tələb edib”.

Politoloqun sözlərinə görə, Moskvanın bu addımı həm Avropa İttifaqına, həm də NATO-ya ünvanlanmış açıq mesajdır:

“Bu, birbaşa xəbərdarlıqdır ki, lazım gələrsə, onları da hədəfə ala bilər. Amma mən inanmıram ki, Rusiya açıq şəkildə NATO ölkəsinə hücum etsin. Əgər bu baş versə, NATO-nun müvafiq maddəsi dərhal işə düşəcək və təşkilat Rusiyaya qarşı hərbi əməliyyatlara başlayar”.

Əmrəliyev ehtimal edir ki, hava məkanının pozulması əsasən psixoloji təzyiq xarakteri daşıyır. Onun fikrincə, PUA-lardan kəşfiyyat məqsədilə istifadə olunması da mümkündür:

“Bura kəşfiyyat amili də daxildir. Rusiya ola biləcək münaqişələrə hazırlaşmaq üçün müəyyən təlimlər keçirər. Bu, mümkün NATO–Rusiya müharibəsinə hazırlıq planının bir hissəsi ola bilər”.

Politoloq əlavə edib ki, Moskvanın belə addımlara əl atmasının əsas səbəblərindən biri də son zamanlar Polşanın Ukraynaya verdiyi güclü dəstəkdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
konkret.az

2Источники