RU

Fransada etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib  

Fransanın daxili işlər naziri Bruno Retayyo bildirib ki, "Hər şeyi bloklayaq" etiraz hərəkatı çərçivəsində çərşənbə günü ölkədə keçirilən kütləvi aksiyalarda 200 minə yaxın adam iştirak edir. Bu barədə “Ouest-France” qəzeti yazır.

Retayyo bu rəqəmi nazirlərarası antiböhran komitəsinin axşam iclasından sonra açıqlayıb. Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi 175 min etirazçının olduğunu bildirmişdi.

Ən böyük həmkarlar ittifaqı birliyi olan Ümumi Əmək Konfederasiyası 250 min etirazçının olduğunu iddia edib.

Sentyabrın 10-u Fransanın həm böyük, həm də kiçik şəhərlərində nümayişlər, mitinqlər, yolların, müəssisə və idarələrin, vağzalların blokadaları ilə yadda qaldı.

Etirazların əsas obyekti ölkə rəhbərliyinin iqtisadi siyasəti olub. Nümayişçilər arasında prezident Emmanuel Makronun istefasını tələb edən şüarlar səslənib.

Tez-tez etirazçılar polislə toqquşub və onların hərəkətləri iğtişaşlara çevrilib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin rəhbəri “ölkəni blokadaya almaq istəyənlərin” planının iflasa uğradığını bəyan edib və onun fikrincə, tapşırıqların uğurla yerinə yetirilməsinə görə nizam-intizam qüvvələrinə təşəkkür elan olunub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
2
azerbaijan-news.az

1Источники