RU

Neftçalada FACİƏ: Bir yaşlı körpə anasının qucağından yıxılaraq həyatını itirdi

Neftçalada faciəvi hadisə baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir yaşlı körpə anasının qucağından yıxılaraq ölüb.
 

Hadisə rayonun II Qaralı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz övladlarından birini – 2024-cü il təvəllüdlü Allahverdiyev Abdin Səttar oğlunu əlində saxlaya bilməyib.


Körpə yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb və həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
10
10
bizim.media

3Источники