Bakı, 11 sentyabr, AZƏRTAC
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramid Namazov Çin Xalq Respublikasında səfərdədir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfərdə komissiya sədri Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı ilə “Qlobal tərəfdaşlığın qurulması, davamlı inkişafa birgə töhfə verilməsi” mövzusunda keçirilən Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda iştirak edəcək, forumun Pekin və Urumçi şəhərlərində keçiriləcək tədbirlərinə qatılacaq.
Səfər sentyabrın 17-də başa çatacaq.