RU

"Qalatasaray"ın 1 milyon avroluq gənci "Samsunspor"a gedir

"Samsunspor" heyətini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, klub “Qalatasaray”ın gənc futbolçusu Eyüp Aydını icarə əsasında heyətinə qatmağa yaxındır.

Jurnalist Reşat Can Özbudakın məlumatına görə, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam edir və transferin 100 min avro qarşılığında reallaşması gözlənilir.

Qeyd edək ki, 21 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsində transfer məbləği 1 milyon avro olaraq göstərilib. 

Əgər anlaşma baş tutarsa, Eyüp Aydın bu mövsüm "Samsunspor"un uğurları üçün mübarizə aparacaq.

Kamil Xudiyev

Избранный
14
1
fanat.az

2Источники