RU

14 saat dərs hazırlayan uşaq xəstəxanalıq oldu

ain.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaqların normadan artıq zehni fəaliyyəti, dərs oxuması onların orqanizmini gücdən sala bilər.

"Medicina" xəbər verir ki, Çində məktəbli 14 saat fasiləsiz ev tapşırıqlarını yerinə yetirdikdən sonra halı pisləşib.

11 yaşlı uşaq bütün yay müddətinə tapşırılan dərsləri bir gündə yerinə yetirməyə cəhd edib.

Lyanlyan adlı uşaq fasiləsiz olaraq səhər saat 8-dən gecə saat 10-a qədər ev tapşırıqlarını yerinə yetirib. Daha sonra uşaq təngnəfəslik, başgicəllənmə, başağrısı, əllərində və ayaqlarında uyuşmadan şikayətlənib.

Həkimlər Lyanlyana hiperventilyasiya nəticəsində yaranan respirator xəstəlik diaqnozu qoyublar. Məktəbliyə tənəffüs maskası taxılıb, bundan sonra onun nəfəsi normallaşıb.

Mütəxəssislər qeyd ediblər ki, respirator xəstəlik adətən təngnəfəslik, başgicəllənmə, ürək döyüntülərinin tezliyinin artması, qollarda, ayaqlarda, dodaqlarda və hətta bütün bədəndə uyuşmaya səbəb olur. Daha ağır hallarda, bu,əzələ sərtliyinə, hətta ölümə səbəb ola bilər.

Həkimlər bildirib ki, belə vəziyyətdə məktəblilər, yeniyetmələr çox gətirilir.

Medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
icma.az

2Источники