RU

Aleksey İsayev keçmiş klubuna qayıdıb

"Qarabağ"da daha bir futbolçusu ilə yollarını ayırıb.

İdman.biz-in Apasport.az-a istinadən verdiyi məlumata görə, klub Aleksey İsayevlə vidalaşıb.

Oyunçu karyerasını Azərbaycanda davam etdirəcək.

O, keçmiş komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub.

Избранный
13
2
idman.biz

10Источники