RU

Slovakiyanın baş naziri Fiko Rusiyaya qarşı yeni sanksiyalara şərt qoyub

Fiko: Avropada elektrik enerjisi qiymətləri ilə bağlı realist təkliflər təqdim olunmayana qədər dəstək verməyəcəyəm...

Poliqon xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fico Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 19-cu sanksiya paketinə münasibət bildirib. 

Baş nazir “Reuters” Agentliyinə açıqlamasında qeyd edib ki, yeni məhdudiyyətlərin qəbuluna yalnız bir şərtlə razılıq verəcək: “Mən yeni paketi dəstəkləməyəcəyəm, əgər Avropa Komissiyası Avropada elektrik enerjisi qiymətləri ilə bağlı realist təkliflər təqdim etməsə”.

Fikonun sözlərinə görə, Slovakiya həmçinin Aİ-dən iqlim hədəflərinin avtomobil istehsalçıları və ağır sənayenin tələbləri ilə uzlaşdırılmasına dair konkret mexanizmlər gözləyir. Baş nazir vurğulayıb ki, iqtisadiyyatın əsas sahələrində balanslı yanaşma olmadan yeni sanksiyaların təsiri ölkələr üçün daha ağır nəticələr doğura bilər.

Avropa İttifaqı hal-hazırda Rusiyaya qarşı 19-cu sanksiya paketini müzakirə edir. Avropa diplomatlarının məlumatına görə, yeni paketə Çinin bir sıra şirkətlərinin siyahıya salınması, əlavə rus banklarının məhdudiyyətlərə cəlb olunması və Moskvanın “kölgə donanması”na aid gəmilərə qarşı tədbirlərin gücləndirilməsi daxildir.

Poliqon.info

Избранный
48
poliqon.info

1Источники