Bu gün futbol üzrə I Liqada 2025-26 mövsümü start götürüb.
Offsideplus.az xəbər verir ki, günün ilk matçı MOİK və “Şahdağ Qusar” arasında olub. Bu görüşdə Qusar təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Günün digər oyununda isə “Zaqatala” və “Cəbrayıl” qarşılaşıb. "Zaqatala" bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.
11 sentyabr (cümə axşamı)
MOİK – “Şahdağ Qusar” 1:2
Hakimlər: Emin Əliyev, Aydın Bəxşiyev, Rasim Axundov, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Binə qəsəbə stadionu, 16:30
“Zaqatala” – “Cəbrayıl” 1:0
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Zaqatala OİK stadionu, 16:30