RU

““Zəngəzur nəqliyyat qovşağı” ifadəsini işlətmək daha düzgün olar”- Petrosyan


“Mən Zəngəzur dəhlizi ifadəsini işlətməkdən çəkinərdim, çünki bu, cəmiyyətimizin fəal təbəqəsində müəyyən narahatlıq doğurur. Hesab edirəm ki, “Zəngəzur nəqliyyat qovşağı” ifadəsini işlətmək daha düzgün olardı”. 
Bunu ilur.am-ın “Zəngəzur dəhlizi probleminin həllini necə görürsünüz?” sualına cavab verən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.
"Zəngəzur nəqliyyat qovşağına nəzarət müstəsna olaraq Ermənistan tərəfindən həyata keçirilməlidir. Digər maraqlı dövlətlərin siyasi və iqtisadi məqsədlərinə gəlincə, Ermənistan, fikrimcə, beynəlxalq hüququn tələblərinə uyğun olaraq onların fasiləsiz fəaliyyətinə təminat vermək iqtidarındadır.
Bu məsələdə Ermənistan istər-istəməz öz strateji tərəfdaşları - Rusiya, ABŞ və İran arasında aşkar fikir ayrılıqlarına baxmayaraq, onların fəal əməkdaşlığına ümid edir. Böyük dövlətlər arasında ziddiyyətlər, bir qayda olaraq, kiçik ölkələrlə müqayisədə daha asan həll olunur, bu, böyük dövlətlərin yetkinliyi ilə izah olunur”, - Ter-Petrosyan qeyd edib. \\Cebheinfo.az”

Избранный
21
2
gender.az

3Источники