ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Lənkəranda iki dostun arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Digah kəndində avtomobil yolunun kənarında baş verib. 1981-ci il təvəllüdlü Xəzayil tanışı, həmin kənd sakini Səxavətin onun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı yerdən götürdüyü daşla onun sağ qulaqarxası nahiyəsinə zərbə vurub. Hadisəni törədən Xəzayilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi 15 ildir tanıyır: “Mən onun ailəvi dostuyam. Zərərçəkmiş şəxslə mütamadi olaraq Lənkəran şəhəri ərazisində yerləşən çayxanalarda damino oynayırıq. Hadisə günü mən və dostum Səxavət 21 radələrində “Düşbərə” kafesində çörək yeməyə getdik. Çörək yeyən zaman bir neçə gün qabaq birlikdə oynadığımız dominonu müzakirə etməyə başladıq. Bu zaman Səxavət bildirdi ki, damino oynayan zaman həmişə məni aldadıb. Onun bu sözü mənə çox pis təsir etdiyini bildirdim. Biz çörək yeməyi yekunlaşdırdıq”. Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 23 radələrinə Səxavəti Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən heç kimin olmadığı yerə, tikilinin arxasına apardım. Bu zaman ona niyə yalançı deməyimi, düzgün olmadığını sübut etməsini bildirdim. Səxavət məndən üzr istəmək əvəzinə, mənimlə söz münaqişəsi edərək barəmdə xoşagəlməz ifadələr işlətməyə başladı. Ona düzgün danışmağı, səbirli olmağını bildirdim. O, isə yenidən barəmdə xoşagəlməz ifadələr işlətdi. Üzərimə gələrək mənə fiziki müqavimət göstərmək istəyən zaman yerdən daş parçası götürdüm və onun baş nahiyəsinə bir dəfə qəsdən zərbə endirdim. Səxavət aldığı zərbədən yerə yıxıldı. Onun yerə yıxılaraq xəsarət almasından qorxdum və hadisə yerini tərk etdim”. İş üzrə zərərçəkmiş Səxavətin sözlərinə görə, hadisə günü Xəzayillə çörək yemək məqsədi ilə Lənkəran rayonu Digah kəndi ilə Lənkəran şəhəri H.Abdullayev küçəsinin kəsişməsində yerləşən “Düşbərə” kafesində görüşüb: “Təxminən saat 23 radələrində Xəzayıl bildirdi ki, bir neçə gün bundan qabaq çayxanada damino oynayan zaman ona qarşı hörmətsizlik etmişəm. Mən də ona dedim ki, heç bir hörmətsizlik etməmişəm. Sadəcə onun xətrinə dəyərək onu əsəbiləşdirdim. Aramızda sözlə münaqişə böyüməyə başladı. Mən də “Düşbərə” kafesində bizi tanıyan insanlar olduğu üçün ona bildirdim ki, gəl çıxaq çölə, aramızda baş verən məsələni heç kimin olmadığı yerdə çözək. O da razılaşdı. Biz Digah kəndində yolun kənarında yerləşən iaşə obyektinin sağ yan hissəsində heç kimin olmadığı yerə daxil olduq. Ora da aramızda söz münaqişəsi davam etməyə başladı. Onu sakitləşdərmək istəsəm də, məni dominoda yalançı olaraq ittiham etməyə başladı. Onun sözlərindən bezdim və yanımdan uzaqlaşmasını bildirdim. Bu zaman məni təhqir etdi. Yerdən daş parçası götürərək sağ qulağımın üzərinə qəsdən zərbə endirdi. Nəticədə baş nahiyəmin sağ qulaq hissəsinin üzərindən qan axmağa başladı. Əsəbiləşərək Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etdim”.Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ərini bağışlayıb, ona qarşı olan şikayətini geri götürüb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.