RU

Özbəkistanda gəlin qayınanasını vəhşicəsinə qətlə yetirib

Özbəkistanda amansız cinayət hadisəsi baş verib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, gəlin qayınanasını bıçaqla qətlə yetirib.

Faciə Kaşkədəryanın Şəhrisabz rayonunda baş verib.
 
Məlumata görə, gəlinlə ərinin anası arasında mübahisə yaranıb. Münaqişə zamanı 33 yaşlı qız bıçaq götürərək qayınanasına hücum edib və onu öldürüb. 
 
Cinayətdən sonra qız özü polisə təslim olub.
 
Faktla bağlı 97-ci maddənin 1-ci hissəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. Cinayətkarı 15 ilə qədər həbs gözləyir. Faktla bağlı araşdırma aparılır.
 
 

Избранный
3
1
7news.az

2Источники