RU

Cavid Qurbanov Tokioda Dünya Atletikası Konqresində

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katibi Məhərrəm Sultanzadə və mütəxəssis Brandon İsakov 11-12 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçirilən Dünya Atletikası Konqresi və Konvensiyasında iştirak edirlər.

Federasiyadan Gununsesi.info-ya verilən məlumata gör, konqresdə Dünya Atletikasının illik hesabatı dinlənilib.

“Bundan başqa Nizamnaməyə təklif edilən düzəlişlər, Qitə assosiyasiyalarının hesabatları, Atletikanın gələcəyi üçün 2022–2030-cu illəri əhatə edən inkişaf planı müzakirə edilmişdir.

Atletikanın sosial təsiri və daha güclü əməkdaşlıq imkanları, eləcə də digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Konqresin ardınca 13-21 sentyabr tarixlərində Atletika üzrə Dünya Çempionatı keçiriləcəkdir.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
icma.az

1Источники