RU

16 yaşlı qızı qrup şəklində zorladılar Ağdamda DƏHŞƏTLİ OLAY

ain.az bildirir, Baku.ws portalına istinadən.

Ağdamda 16 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən dörd nəfər həbs edilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində baş verib. Kənd sakini, 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində təcavüz əməlini törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Ağdam Rayon Məhkəməsində həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə təqdimatlar təmin edilib, təcavüzdən şübhəli bilinən 3 nəfər barəsində 4 ay, bir nəfər barəsində isə 3 ay həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
3
baku.ws

4Источники