ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.
UEFA 2026 və 2027-ci illərdə keçiriləcək finalların məkanlarını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, ən çox diqqət çəkən qərar Çempionlar Liqasına aiddir. Turnirin 2027-ci il finalı Madridin "Atletiko” klubuna məxsus "Estadio Metropolitano” stadionunda keçiriləcək.
Həmin il Qadınlar Çempionlar Liqasının finalı Varşavada, Milli Stadionda təşkil olunacaq. 2026-cı ildə Avropa Superkuboku Zalsburqda, futzal üzrə Çempionlar Liqasının finalı isə İtaliyanın Pezaro şəhərində oynanılacaq.
2027-ci ildə U-19 Futzal Avropa Çempionatı Qazaxıstanın paytaxtı Astanada, Qadınlar Futzal Avropa Çempionatı isə Xorvatiyanın Osiyek şəhərində baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2027-ci il finalına ev sahibliyi üçün Bakı da Madridlə yanaşı namizədlərdən biri olub. Lakin UEFA seçimində İspaniya paytaxtına üstünlük verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.