RU

Yollarda tıxac yaradan valideynlərdir Ekspert

525.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Mərkəzin məlumatında bildirilir ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yolda əlavə vaxt itirməsinə gətirib çıxarır. 

Demək olar ki, hər il tədris ili başlayandan paytaxtda yerləşən orta məktəblərin ətrafında, yaxın küçə və prospektlərdə sıxlıq, dəqiqqələrlə davam edən tıxac müşahidə olunur. Buna səbəb şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərin müvafiq qaydalara riaət etməməsidir. Belə ki, övladını məktəbə gətirən valideyn avtomobilini məktəbin qarşısında, yerləşdiyi küçədə, necə gəldi park edir. Nəticədə də sıxlıq və tıxac yaranır. 

Məsələyə münasinət bildirən nəqliyyat eksperti Ərşad Hüseynov 525.az-a deyib ki, paytaxt küçələrini yükləyən, saatlarla şəhərdə tıxac yaradan öz uşaqlarını fərdi avtomobilləri ilə dərsə aparan valideynlərdir:

“Bakıdakı bəzi məktəblər daha yaxşı, prestijli sayılır. Bu səbəbdən də bəzi valideynlər şəhərin bu başından o başına maşınla məktəbə uşaq gətirirlər. Bu da yollarda tıxacın yaranmasına səbəb olur. Şəhərətrafı bəzi ərazilərdə hələ də ya məktəb yoxdur, ya da normal deyil. Bu səbəbdən də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olur. Bu zaman  yollardakı vəziyyəti daha da açınacaqlı hal alır. Demək olar ki, hər il eyni vəziyyət təkrarlanır. Bunun qarşısını almaq üçün şagird kontingenti uzaq məsafədən gələn məktəblərdə dərslərin başlama vaxtı dəyişdirilsə yaxşı olar. Məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata xüsusi diqqət yetirilməlidir ki, şagird və tələbələrin marşrut avtobusları ilə gəlib-getməsində çətinlik olmasın. Nəqliyyat vaxtlı-vaxtında işləsin ki, valideyn uşağı məktəbə şəxsi avtomobili ilə gətirməsin. Bununla yanaşı məktəblərin ətrafında dayanma, durma və parkalnmalara ciddi nəzarət olmalıdır. Elə etmək lazımdır ki, ən azı ikinci və üçüncü cərgələrdə dayanma və parklanma olmasın. Valideynlər də mümkün qədər çalışsınlar ki, avtomobillərini məktəb və məktəbətrafı ərazilərdə necə gəldi saxlayıb tıxac yaratmasınlar”.

Sevinc QARAYEVA

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
525.az

1Источники