“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Aleksey İsayev “Qarabağ” klubundan transfer edilib.
Futbolçu ilə iki illik müqavilə bağlanıb. Aleksey daha öncə də “Sabah”ın uğurları üçün çalışıb. O, 2020-2024-cü illər aralığında komandamızın üzvü olub.
29 yaşlı futbolçu “Sabah”da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.