RU

Uşaqlar necə olur sifilisə yoluxur?

Bu il yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 816 nəfər olub. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sifilis xəstəliyi aşkarlananların 492 nəfəri kişi, 324 nəfəri isə qadındır. 

Qeyd edilib ki, 0-17 yaş qrupu üzrə 24 nəfər bu xəstəliyə tutulub. 792 nəfər isə 18 və daha yuxarı yaş həddində olanlardır.

Uşaqlar arasında sifilisin yayılmasına səbəb nədir? 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, sifilis daha çox cinsi yolla keçsə də, məişət yolu ilə də xəstəlik yayıla bilər:

“Məişət yolu ilə əl verib görüşməklə, ananın körpəsinə süd verməsi ilə, birgə otaqda işləməklə, eyni stəkandan, qabaqdan istifadə etməklə, öpüşməklə və s. keçə bilər. Anada sifilis varsa, uşağa asanlıqla keçə bilir, hətta uşağın ölü doğulmasına və digər ağır fəsadlara səbəb ola bilər. Anadangəlmə sifilisin mümkün qədər tez meydana çıxarılmasının əhəmiyyəti çox böyükdür. Diaqnoz tez qoyulmadıqda müalicə yubanır və bunun nəticəsində uşaq kor ola bilir. Sifilisin müalicəsi yalnız xüsusi müalicə idarələrində - zöhrəvi dispanserlərdə aparılır və xəstəliyin dövründən, formasından asılı olaraq bir neçə həftədən  bir-iki ilə qədər son dövrlərdən davam edə bilər”.

Sevinc

Избранный
3
hit.az

1Источники