ain.az, Milli.az portalına istinadən məlumat verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və digər ölkələrin liderlərinin xahişi əsasında ölkədə məhkum olunmuş bir sıra xarici vətəndaşların əfv edilməsi barədə qərar qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Belarus liderinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, ümumilikdə casusluq, ekstremist və terror fəaliyyətində iştirak, eləcə də Belarus ərazisində törətdikləri digər cinayətlərə görə məhkum olunmuş 14 xarici əfv edilib.
Onlardan altısı Litva, ikisi Latviya, ikisi Polşa, ikisi Almaniya, biri Fransa və daha biri isə Böyük Britaniya vətəndaşlarıdır.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.