RU

İsveçdən Ukraynaya yeni hərbi yardım paketi

İsveç Ukraynaya 20-ci hərbi yardım paketini ayırıb, dəyəri təxminən 980 milyon dollar təşkil edir. Paketə pilotsuz uçuş aparatları, qumbaraatanlarla təchiz olunmuş qayıqlar və digər hərbi avadanlıqlar daxildir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveç hökumətinin açıqlamasında bildirilir.

“İsveç hazırda Ukraynaya hərbi dəstəyi artırır ki, Rusiyaya təzyiq gücləndirilsin. Daha çox Archer qurğuları, pilotsuz aparat və sursat döyüş meydanında həlledici rol oynayacaq. Avropanın sülh və azadlıq hüququ qorunmalıdır”, – deyə Müdafiə naziri Pol Yonson bildirib.

Избранный
14
nocomment.az

1Источники