RU

QHT rəhbəri: “Saxta təltiflər Qarabağ qəhrəmanlarının medallarını kölgədə qoyur”

Bu gün Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onları təqdim etməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev ölkədə bəzi QHT-lər tərəfindən saxta orden və medalların təsis olunması ilə bağlı məsələyə münasibət bildirib. O vurğulayıb ki, qanunvericiliyə əsasən döşə taxılan orden və medallar yalnız dövlət tərəfindən təsis oluna və uzunmüddətli xidmətlərin qarşılığında təqdim edilə bilər:

"Azərbaycan Respublikasının müvafiq qanununa görə döşə taxılan orden və medallar yalnız dövlət tərəfindən təsis edilə bilər. Və onlar hər hansı uzunmüddətli xidmətin qarşılığında və uyğun şəxslərə təqdim olunur. Lakin, müxtəlif profilli qeyri-hökumət təşkilatları və onların rəhbərləri özləri əsassız və heç bir yerdə qeydiyyatı olmayan medallar təsis edirlər," – deyə İctimai Birliyin sədri bildirib.

Onun sözlərinə görə, həmin medallar bir çox şəxslərə, o cümlədən digər QHT rəhbərlərinə müxtəlif müqabilində təqdim olunur:

"Elə QHT rəhbərləri var ki, bütün bu medalları sinəsinə taxıb gəzir. Qarabağı işğaldan azad edən yüksək rütbəli zabitlərin, generalların bütün həyatı boyu xidmətlərinə görə aldığı medalların sayı həmin QHT rəhbərlərinin 'medallar'ının yanında azdır. Buna görə də, bu məsələ tam həll olunmalı və bu hal cəmiyyət tərəfindən də qınanılmalıdır," – deyə o əlavə edib.

 

Pərvanə Fərhadqızı

Избранный
6
qht.az

1Источники