"Qarabağ"da daha bir ayrılıq baş verib.
Azreform.info xəbər verir ki, klub Aleksey İsayevlə yollarını ayırıb.
Futbolçu karyerasını elə Azərbaycanda davam etdirəcək.
O, sabiq komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub. (Apasport.az)