RU

Almaniya NATO-nun şərq sərhədində patrulları gücləndirəcək

Rusiyanın Polşanın hava məkanını bu yaxınlarda pozmasına cavab olaraq Almaniya Federal Hökuməti NATO-nun şərq sərhədində fəaliyyətini gücləndirəcək.

Turkustan.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Stefan Kornelius deyib.

Almaniya hökumətinin sözçüsü jurnalistlərə bildirib ki, "Baltikyanı ölkələr və Polşada mövcud öhdəliklərinə əlavə olaraq, Almaniya Federal Hökuməti Polşa üzərində hava məkanında patrul xidmətini genişləndirəcək".

Bundan əlavə, Almaniya Federal Hökuməti Ukraynaya dəstəyini gücləndirəcək, o vurğulayıb. Sözçü əlavə edib ki, AB daxilində Berlin güclü 19-cu sanksiyalar paketinin sürətlə qəbulu istiqamətində çalışacaq.

Almaniya Hərbi Hava Qüvvələri artıq Polşa silahlı qüvvələrinə ölkənin hava məkanına nəzarət etməkdə kömək edir. Əməliyyat çərçivəsində Polşada təxminən 150 Bundesver əsgəri və Patriot batareyası yerləşdirilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
7
turkustan.az

1Источники