"Beşiktaş" Portuqaliya milli komandasının üzvünü heyətinə cəlb etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "qara-ağlar" "Nottinqem"dən Jota Silva ilə anlaşmaq üzrədir.
Vinger icarə əsasında İstanbul təmsilçisinə keçid edəcək. Müqavilədə birbaşa transfer maddəsi də var.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu razılıq verib, son danışıqlar aparılır.