RU

Azərbaycan SOCEA-ya sədrlik edəcək

Azərbaycan Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasına (SOCEA) sədrlik edəcək

Bu barədə Publika.az-a "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidmətindən məlumat verilib.

Almatıda Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının (SOCEA) Baş Assambleyası keçirilib. Bu mühüm beynəlxalq forum Avropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiya xidmət təminatçılarını (ANSP) bir araya gətirərək uçuşların təhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası və regional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərin hazırlanmasına xidmət edir.

Azərbaycanı tədbirdə AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) təmsil edir. AZANS hökumətlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiya arxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.

Almatı Baş toplantısında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru SOCEA-nın Prezidenti seçilib və təşkilatın sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb. Bu addım Azərbaycanın Avrasiya miqyasında təhlükəsiz, qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmiş hava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalq səviyyədə tanınmasını bir daha təsdiqləyir.

SOCEA platforması 2023-cü ildə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarən uçuş təhlükəsizliyi strategiyalarının uyğunlaşdırılması, rəqəmsal həllərin tətbiqi, eləcə də hava hərəkəti idarəetmə proseslərinin regional səviyyədə inkişafı və standartlaşdırılmasına mühüm töhfə verib.

Избранный
9
13
publika.az

10Источники