"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş Xorxe Silvanı transfer edib.
Bakıvaxtı.az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində "Sportinq B", "Leyşoeş" və "Pasuş de Ferreyra" kollektivlərinin formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya Kubokunda isə 2 oyunda meydana çıxıb.