RU

Rus bölməsi üzrə dərs deyən müəllimlər ixtisar olunacaq…

Yeni tədris ilinin başlamasına az müddət qalıb problemlər də ortaya çıxıb. Valideynlər övladlarını rus bölməsinə yönəltməkdən imtina ediblər. Bu isə məktəblərdə bu sektor üzrə dərs deyən müəllimlər üçün problemə çevrilib.

Rus bölməsi üzrə dərs deyən müəllimlər valideyn qruplarına səs göndərərək siniflərdə şagirdlərin toplanmadığını deyirlər.   

Şagirdlər yığılmadığı halda o müəllimlər işsiz qalırmı? Bu necə kompensasiya olunur? 

Təhsil eksperti Rizvan Fikrətoğlu Hit.az-a deyib ki, son illər valideynlərin övladını rus bölməsinə deyil, azərbaycan bölməsinə yönəltməsi tendensiyası müşahidə olunur: 

“Bu isə rus bölməsində çalışan müəllimlərin iş yeri məsələsini gündəmə gətirir. Elm və Təhsil Nazirliyinin qaydalarına əsasən aşağı siniflərdə 20-ə yaxın şagird olmalıdır. Yuxarı siniflərdə isə 15-dən çox şagird sinifdə təhsil ala bilər. Bu sayda şagird toplanmasa sinif açılmır. Müəllimlərin dərs saatı bölmədə şagird çatışmazlığı ilə yaranarsa, bu zaman onun iş yükü ixtisar olunur və bu hal əmək haqqına da təsir edir. Hazırki qaydalara görə şagird sayı azlığına görə dərs yükü olmayan müəllimlərə dövlət tərəfindən kompensasiya verilmir. Onlar ya başqa məktəbdə əlavə iş axtarmalı ya da başqa çıxış yolu axtarmalıdır. Tam ştatın bağlanması baş verərsə Əmək məcəlləsinə görə müəllim xəbərdarlıq müddətinə uyğun olaraq orta aylıq əmək haqqı ilə təmin olunur”.

Ekspert hesab edir ki, rus bölməsinin bağlanması gələcəkdə müəllimlərin işsiz qalmasına səbəb ola bilər. Bu hal sosial və pedoqoji problem yarada bilər.

Sevinc

Избранный
4
hit.az

1Источники