Bu gün səhər saatlarında başlayan güclü leysan nəticəsində çaylara sel gəlib.
APA-nın Şimal bürosu xəbər verir ki, sel nəticəsində Söhüb kəndinə aparan körpülərdən biri dağılıb.
Körpünün bir hissəsini sel suları yuyaraq aparıb. Hazırda şimal bölgəsində yağıntılı hava şəraiti davam edir.