RU

PSJ "Kamp Nou"da oynamaq istəyir

“Barselona” 2025/2026 mövsümündə ilk ev oyununu bu bazar günü Johan Kroyf Arenasında oynayacaq.

90deqiqe.Az-ın məlumatına görə, bunun səbəbi “Kamp Nou”nun hələ tamaşaçılara açılmağa hazır olmamasıdır.

Sentyabrın 21-də “Xetafe” ilə keçiriləcək növbəti ev oyunu üçün də “Kamp Nou” istifadəyə hazır olmayacaq. Klub artıq həmin oyunu da Kroyf Arenasında keçirməyi planlaşdırır, amma stadion yalnız 6 min azarkeş üçün tutuma malikdir.

Ən real tarix olaraq, yenilənmiş “Kamp Nou”da ilk oyun 28 sentyabrda “Real Sosyedad”la keçiriləcək. Bu matç Çempionlar Liqasına qayıdışdan əvvəl komanda üçün sınaq olacaq.

Qeyd edək ki, 1 oktyabrda “Barselona” Çempionlar Liqasının qrup mərhələsində PSJ-ni qəbul edəcək və Fransa nəhəngi bu oyunun böyük “Kamp Nou”da keçirilməsini istəyir.

Избранный
32
90deqiqe.az

1Источники