RU

ÇL: 2027-ci ildə final matçı Madriddə keçiriləcək

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün final oyunu İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, həlledici oyun “Atletiko” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda təşkil ediləcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilmiş iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Super Kubokunun Zalsburq şəhərində keçirilməsinə qərar verilib.

Qadınlar arasında UEFA Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.

2027-ci ildə 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatı isə Astanada baş tutacaq.

Xatırladaq ki, “Metropolitano” stadionu ikinci dəfə ÇL-in final qarşılaşmasına ev sahibliyi edəcək. 2018/2019-cu illər mövsümündə İngiltərənin “Liverpul” və “Tottenhem” komandaları arasında keçirilmiş ilk belə oyunda “qırmızılar” 2:0 hesablı qələbəyə seviniblər.

error: Məzmun qorunur!
Избранный
21
1
arena.az

10Источники