RU

WSJ: Tramp Qətərdəki hücuma görə Netanyahuyla iki dəfə danışıb

Tramp İsrailin Dohada Həmas-a endirdiyi zərbə ilə bağlı Netanyahu ilə iki telefon danışığı aparıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşr yazır ki, ABŞ prezidenti Donald Tramp İsrailin Dohada HƏMAS hədəfinə zərbəsindən sonra Benyamin Netanyahuyla iki telefon danışığı aparıb.

Məlumata görə, ilk söhbət gərgin keçib – Tramp yaxın müttəfiq ölkənin ərazisinə hücumu “məntiqsiz” adlandırıb.

Netanyahu isə fürsətin qısa müddətlik yarandığını və dərhal dəyərləndirdiyini bildirib.

İkinci söhbət daha yumşaq atmosferdə keçib: Tramp hücumun nəticələri ilə maraqlanıb, lakin Netanyahu dəqiq cavab verə bilməyib.

Nəşr qeyd edir ki, İsrailin tərəfdarı olsa da, Tramp Netanyahunun Vaşinqtonla razılaşdırılmamış aqressiv addımlarından narazıdır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
13
interpress.az

1Источники