RU

UEFA liqa oyunlarının xaricdə keçirilməsinə icazəni təxirə saldı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) milli çempionat oyunlarının digər ölkələrdə keçirilməsi ilə bağlı qərarın qəbulunu təxirə salıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Guardian" məlumat yayıb.

Nəşrin məlumatına görə, UEFA mövzu ilə bağlı bütün maraqlı tərəflərlə, o cümlədən azarkeşlərlə məsləhətləşmələr aparmağı planlaşdırır. Bir ay əvvəl azarkeşlər təşkilata məktub göndərərək, oyunların xaricdə keçirilməsinin idmanın bütövlüyünü zədələyəcəyini və klubları ənənələrindən və icmalarından uzaqlaşdıraraq yalnız əyləncə məhsuluna çevirəcəyini vurğulamışdılar.

Bu səbəbdən “Vilyarreal” – “Barselona” və “Milan” – “Komо” oyunlarının ABŞ və Avstraliyada keçirilməsi hələlik şübhə altındadır.

Избранный
23
90deqiqe.az

1Источники