RU

Hindistan şirkətləri Rusiyadan neft üçün böyük endirim istəməyə başlayıblar

Rusiya neftinin hindistanlı idxalçıları ölkə ilə ticarətin potensial riskləri artdığı üçün Rusiyadan oktyabr ayı üçün neft tədarüklərinə böyük endirimlər tələb edirlər.

Məlumatı "Reuters" yayıb.

Bildirilir ki, Rusiya “qara qızıl”ının hindistanlı alıcıları israr edirlər ki, endirim Rusiya xam neftinin qiymət həddi səviyyəsinə uyğunlaşmaq üçün Brent markalı neftin maya dəyərindən təxminən 10 dollara qədər artmalıdır. Bununla yanaşı, treyderlər qeyd edirlər ki, sentyabrda Rusiya neftinin qiymətindəki endirim bir barel üçün cəmi 2-3 dollar təşkil edib.

Güzəştlərin artırılması onunla izah olunur ki, Rusiyadan gələn xammalla bağlı Aİ və ABŞ siyasəti arasında fikir ayrılığı səbəbindən banklar Rusiya nefti ilə əməliyyatlara nəzarəti gücləndiriblər. Eyni zamanda nəşrin məlumatına görə, bəzi rus satıcıları hindistanlı alıcıların çox böyük endirim istədiklərini söyləyərək  onları oktyabr ayı lotlarının bir hissəsini Çinə göndərməklə hədələyiblər.

Reuters mənbələri Hindistanın oktyabrda gündəlik təxminən 1,4 milyon barel Rusiya nefti idxal edəcəyini gözləyir, bu da sentyabrdakı 1,6 milyon barel və avqustdakı 1,5 milyon bareldən azdır. \\Musavat.com

Избранный
10
3
hurriyyet.az

4Источники