Bəs, klubların bu müddətdə atdığı addımları necə dəyərləndirmək olar? Legioner limitinin ləğvi özünü əcnəbi futbolçuların alınması və yerli oyunçulara münasibət kimi proseslərdə necə göstərdi?
Bu suallarla təcrübəli menecer Vaqif Heydərliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Düzü, hansısa sürpriz görmədik. Gözlənildiyi kimi, təkcə premyer-liqaya yeni gələnlər yox, bütün komandalar xeyli transfer etdi. Bu da təbiidi. Ona görə ki, legioner limitinin ləğvi klublar üçün yeni qapılar açıb, imkanlar genişlənib. Çempionatda çoxlu yeni sima var. Hələ ki hansı komandanın transfer fəaliyyətinin fayda olduğunu demək çətindi. Bunun üçün qışa qədər gözləmək lazımdı. Hər halda, legionerlər yeni ölkəyə gəliblər və yeni sistemə uyğunlaşmalıdılar. Yerli futbolçulara gəlincə, 1-ci liqa klublarına gedənlər də oldu, legioner həyatı yaşamağa başlayanlar da. Görünür, rəqabət artdı. Yerli oyunçularla yolları ayırdığına görə klubları da qınamaq olmaz. Hər biri daha güclü futbolçuya sahib olmaq istəyir. Əlbəttə, seçimləri doğru olsa... Ümumiyyətlə, legioner limitinin ləğvinin yerli futbolçuların karyerasına çox olmasa da, müəyyən qədər təsir etdiyini düşünürəm”.
KƏNAN BAHADIR