RU

Şok hökm: sabiq prezident dövlət çevrilişinə cəhddə təqsirli bilinib

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Braziliyanın Federal Ali Məhkəməsi ölkənin sabiq prezidenti Jair Bolsonaronu hərbi qüvvələrin iştirakı ilə konspirasiya təşkil etməkdə və hazırkı prezident Luiz İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almağa cəhd göstərməkdə təqsirli bilib.

Globalinfo.az xəbər verir ki, bu qərar məhkəmənin beş üzvündən üçüncü hakim Carmen Lusiya tərəfindən dəstəkləndikdən sonra qüvvəyə minib.

“Prokurorluq Bolsonaro rəhbərliyində olan qrupun – hökumətin əsas üzvləri, silahlı qüvvələr və kəşfiyyat orqanlarından ibarət – demokratik institutlara hücum planı hazırladığını və 2022-ci il seçkilərinin nəticəsinə əsasən qanuni hakimiyyətin ötürülməsinin qarşısını almağa çalışdığını şübhəsiz şəkildə sübut edib”, – Lusiya açıqlamasında bildirib:

Qeyd edək ki, daha əvvəl bu qərarı hakimlər Aleshandri di Morais və Flaviu Dinu dəstəkləmiş, hakim Luis Fuks isə sabiq prezidentin bəraətini müdafiə etmişdi.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
globalinfo.az

2Источники