Qanuna görə, məişət zorakılığının qarşısının alınması hüquqi, sosial və qabaqlayıcı tədbirlərdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda əksini tapıb.
Hüquqi tədbirlər zorakılığın araşdırılması və məsuliyyətə cəlb etməni əhatə edir. Sosial tədbirlər zərərçəkmişlərin müdafiəsi və dəstəyi ilə bağlıdır. Qabaqlayıcı tədbirlər isə maarifləndirmə və profilaktik işləri özündə birləşdirir.