BAKI, 11 sentyabr. TELEQRAF
İsrail Vaşinqtonun Qəzza sektorunda atəşkəs təklifini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Dani Danon bildirib.
“İsrail ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini qəbul edib. Biz hərbi əməliyyatları dayandırmağa hazırıq, lakin HƏMAS bundan imtina edir”, - o, İsrailin Dohaya zərbəsi ilə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.