BAKI, 12 sentyabr. TELEQRAF
Polşada pilotsuz uçuş aparatları ilə bağlı insident səhv nəticəsində baş verə bilərdi.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Bu, səhv nəticəsində baş verə bilərdi”, - Tramp jurnalistin bununla bağlı sualını cavablandırarkən söyləyib.
Bununla belə, ABŞ dövlət başçısı vəziyyətdən məmnun olmadığını və onun tezliklə həll olunacağına ümid etdiyini əlavə edib.